İran İnqilab Məhkəməsi İŞİD terror qruplaşmasının 6 üzvünü edam cəzasına məhkum edib.
İRNA agentliyinin verdiyi məlumata əsasən, terrorçular 2017-ci ildə Tehranda törədilən hücumlarda ittiham edilirlər. Qeyd olunur ki, qanuna əsasən təqsirləndirilən şəxslər hökmdən 20 gün ərzində apelyasiya şikayəti verə bilərlər.