XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 May 2018 - 23:10

Gürcüstanın baş naziri xüsusi brifinq keçirdi –"Qarşıdurmaya qətiyyən yol verilməməlidir" (YENİLƏNİB)

 

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili son günlər ölkədə baş verən proseslərlə bağlı xüsusi brifinq keçirəcək.

APA-nın yerli bürosu Gürcüstanın hökumət administrasiyasının məlumatına istinadla xəbər verir ki, brifinq bu gün saat 21:00-a təyin olunub. Tbilisidə parlamentin qarşısında isə “Ağ səs-küy” hərəkatının etiraz aksiyası ilə paralel olaraq cavab aksiyası keçirilir.

Polis mümkün qarşıdurmanın qarşısını almaq məqsədilə kordon qurub. Parlament binası qarşısında nəqliyyatın hərəkəti dayandırılıb.

***

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili son günlər ölkədə baş verən hadisələrə münasibət bildirib.

APA-nın yerli bürosunun məlumatına əsasən, G.Kvirikaşvili keçirdiyi xüsusi brifinqdə deyib ki, hər kəs fikrini ifadə etmək hüququna malikdir, lakin qarşıdurmaya və cəmiyyəti parçalamağa qətiyyən yol verilməməlidir. Baş nazir hüquq-mühafizə orqanlarının əməkdaşlarını vətəndaşların təhlükəsizliyini maksimum təmin etməyə və mümkün qarşıdurmanın qarşısını almağa çağırıb.