XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

13 May 2018 - 22:31

ABŞ dövlət katibi:“Vaşinqton Şimali Koreyaya təhlükəsizlik qarantiyaları verə bilər”

 ABŞ dövlət katibi Mayk Pompeo bazar günü bildirib ki, Şimali Koreya tam nüvəsizləşdirilməyə razı olsa, ABŞ Pxenyan hökumətinə təhlükəsizlik qarantiyaları verməyə hazırdır və Amerikanın özəl şirkətlərinin ölkədə investisiyalar qoymasına icazə verə bilər.

“Biz təhlükəsizlik qarantiyaları verməli olacağıq. Bu, 25 ildir gözlənilən bir güzəştdir”, Pompeo Fox tele-kanalına müsahibədə bildirib.

“Prezident Donald Trampa qədər heç bir prezident Amerikanı Şimali Koreya rəhbərliyinin bunun mümkün olduğuna, amerikalıların həqiqətən də bunu etmək istədiyini düşündüyü və Amerikanın artıq Şimali Koreya rejimi tərəfindən risk qarşısında qoyulmadığı məqama çatdırmayıb. Məqsəd budur”, o bildirib.

Pompeo Şimali Koreya lideri Kim Conq Unla Pxenyanda iki dəfə görüşdükdən sonra deyib ki, o, Kimin “Amerika xalqının məqsədini paylaşdığına” əmindir.

Dövlət katibinin bildirdiyinə görə, iyunun 12-də Tramp və Kim arasında Sinqapurda keçiriləcək zirvə görüşünün məqsədi nüvəsizləşdirilmə və təhlükəsizlik qarantiyalarının şərtlərinin müzakirə ediləcəyi və yekunlaşdırılacağı bu məqamların müəyyən edilməsindən ibarətdir.

Pompeonun sözlərinə görə, bu, baş versə, Birləşmiş Ştatlar Amerikanın özəl şirkətlərinə Şimali Koreyada böyük ehtiyacın duyulduğu elektrik enerjisi şəbəkəsinin qurulmasına kömək göstərməsinə imkan verəcək. O həmçinin bildirib ki, Pxenyan ABŞ-ın nüvə silahları proqramına son qoymaq tələblərini yerinə yetirsə, amerikalılar Şimali Koreyanın infrastrukturu və kənd təsərrüfatına investisiya qoyuluşlularına yardım göstərə bilər. (Amerikanın Səsi)