XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 May 2018 - 10:29

Özbəkistan prezidenti Vaşinqtona gedir –ABŞ Daşkəndlə 4 milyard dollarlıq saziş imzalamağa hazırlaşır

Özbəkistan ABŞ -la böyük məbləğdə saziş imzalayacaq.

Strateq.az RİA-ya istinadən bildirir ki, prezident Şavkat Mirziyayevin bu həftə planlaşdırılan Vaşinqtona səfəri zamanı 4 milyard dollar məbləğində saziş bağlanacaq. Bu barədə amerikan-özbək ticarət palatasının sədri Kerolin Lemm bildirib.

Mətbuat xidmətinin açıqlamasına görə, Ş.Mirziyayev 15-17 may tarixlərində ABŞ-a ilk səfərini edəcək. Tərəflər sənədlər paketini imzalamağa hazırlaşırlar. Lemmin sözlərinə görə, paketə ticarət, kommersiya və investisiya sahələrinə aid sənədlər daxildir. Ən perspektivli istiqamət neft-qaz sahəsi və əlvan metallurgiyadır.