XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

14 May 2018 - 11:47

Bu gün ABŞ-ın Qüdsdəki səfirliyinin açılış mərasimi keçiriləcək –Tramp canlı efirlə mərasimə qoşulacaq

 

 

 

Bu gün ABŞ-ın İsraildəki səfirliyi Tel-Aviv şəhərindən Qüds (Yerusəlim) şəhərinə köçürülür.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bu gün saat 17.00-da səfirliyin rəsmi açılış mərasimi keçiriləcək.

ABŞ prezidenti Donald Tramp mərasim iştirakçılarına vidiekonfrans vasitəsilə müraciət edəcək. Tədbirdə iştirak edən ABŞ nümayəndə heyətinə D. Trampın qızı İvanka, kürəkəni Jared Kuşner, maliyyə naziri Stiven Mnuçin daxildir.

ABŞ nümayəndə heyəti açılış mərasimindən əvvəl İsrail Xarici İşlər Nazirliyində keçirilən tədbirdə iştirak edib. Tədbirdə çıxış edən İsrail baş naziri Binyamin Netanyahu prezident Trampın ABŞ səfirliyini Tel-Avivdən Qüdsə (Yerusəlim) köçürmək barədə qərarını tərifləyib və bunun “cəsur bir qərar” olduğunu bildirib

Bu gün fələstinlilərin böyük etiraz aksiyası keçirəcəyi gözlənilir. Fələstinlilər Şərqi Qüdsü müstəqil Fələstin dövlətinin gələcək paytaxtı sayırlar.