XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

19 Aprel 2015 - 11:07

İsrail Rusiyaya yaxınlaşır

“İsrail Amerikadan uzaqlaşdıqca Rusiyaya yaxınlaşır”. Bunu İsrailin ünlü mətbu orqanlarından olan “Şalom”un yazarı Karel Valansi Rusiyanın beynəlxalq xəbər portalı “Sputnik”ə açıqlamasında bildirib.

Strateq.az-ın verdiyi məlumata görə, yəhudi yazar bu yaxınlaşmanı bir neçə səbəblə əlaqələndirib. Valansinin fikrincə, başlıca səbəbin SSRİ dağıldıqdan sonra 1 milyon Rusiya vətəndaşının İsrailə köçməsidir: “Dolayısıyla bu gün İsrailin əhalisinn 15%-ini rusca danışan əhali təşkil edir. ölkədə rus dili ibranicə və ərəbcədən sonra ən çox istifadə edilən üçüncü dildir. İki ölkə arasında ticari, hərbi əməkdaşlıq günü-gündən artır. Turizm də həmçinin. Gediş-gəliş tamamilə vizasızdır. Rusiyanın “Qazprom” şirkəti İsraillə 20 illik əməkdaşlıq müqaviləsi imzaladı. Müqaviləyə görə, Aralıq dənizinin şərqində yerləşən qaz ehtiyatının çıxarılmasında Rusiya da iştirak edəcək”.

Bununla belə ABŞ-ı itirməyin İsrail üçün olduqca çətin olacağını bildirən yazar fikrini belə əsaslandrıb: “Rusiyanın ABŞ-ın yerini alması çox çətindir. ABŞ-ın İsrailə çox ciddi dəstəyi var”.