XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

14 May 2018 - 13:01

Qərbin sanksiyalarına əməl edən Rusiya vətəndaşları həbs olunacaq  –Dumada yeni qanun layihəsi hazırlanıb

Rusiya Dövlət Dumasında Qərbin sanksiyaları ilə bağlı yeni qanun layihəsi hazırlanıb.

Strateq.az bildirir ki, qanun layihəsində qeyd olunur ki,  Rusiyada sanksiyalara riayət edəcək şəxslər cinayət məsuliyyəti daşıyacaq. Sənəd cəza kimi 4 il azadlıqdan məhrum etmə, yaxud 600 min rubl cəriməni nəzərdə tutur.  Məhdudlaşdırıcı tədbirlərdə vasitəçilik edən Rusiya vətəndaşları 3 il müddətində azadlıqdan məhrurm ediləcək, yaxud 500 min rubl cərimə olunacaq.

Qanun layihəsinin müəllifləri  Federasiya Şurasının sədri Valentina Matvienko, Dövlət Dumasını sədri Volodin, birinci vitse-spikerlər Melnikov və Jukov, “Vahid Rusiya” fraksiyasının sədrinin birinci müavini İsaeevdir.

Dövlət Duması qanun layihəsini 17 mayda birinci oxunuşa çıxaracaq. Sonuncu oxunuş mayın 24-də olacaq. Qanun vətəndaşlara şamil olunacaq. Hüquqi şəxslər üçün onların inzibati məsuliyyətinə dair ayrıca qanun layihəsi hazırlanacaq.