XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 May 2018 - 20:04

Nazarbayevdən maraqlı təklif:"Qara dənizlə Xəzər arasında kanal tikilsin"

Qazaxıstan Avrasiya İqtisadi İttifaqının üzv ölkələrinə Qara dənizlə Xəzər dənizi arasında gəmiçilik kanalının tikintisinin mümkünlüyünü nəzərdən keçirməyi təklif edib.

Trend-in məlumatına görə, bu təkliflə Qazaxıstan prezidenti Nursultan Nazarbayev Soçidə qurumun iclası zamanı çıxış edib. Qazaxıstan prezidenti bildirib ki, hər iki dənizi birləşdirəcək “Avrasiya” kanalı perspektivli layihələrdən ola bilər.

Bundan başqa, N.Nazarbayev Rusiya və Qazaxıstan ərazisindən keçəcək “Avrasiya” avtomagistralının tikilməsi təklifi ilə də çıxış edib.