XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

14 May 2018 - 23:05

Mərkəzi Kəşfiyyat İdarəsinin yeni sədrinin namizədliyi səsverməyə çıxarılacaq –Çərşənbə günü

 

ABŞ Senatının kəşfiyyat komitəsinin bildirdiyinə görə, prezident Donald Trampın Mərkəzi Kəşfiyyat Agentliyi (CİA) rəhbərliyinə nominasiya etdiyi Qina Haspelin təsdiqi ilə bağlı səsvermə çəənbə günü keçiriləcək. Səsvermənin bağlı qapılar arxasında keçiriləcyi bəyan edilib.

Hal-hazırda Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru əvəzi Qina Haspelin idarənin direktoru vəzifəsinə təsdiqi ərəfəsində Ağ Ev onun bu vəzifə üçün ən yaxşı namizəd olduğunu bildirib. 61 yaşlı kəşfiyyat agentliyi veteranı keçən həftə öz namizədliyini geri götürülməsi təklifini verib. Buna səbəb terror şübhəlilərinin dindirilməsi zamanı qəddarlığa yol verilməsində Haspelin rolu ilə bağlı yaranan narahatlıqlar olduğu bildirilirdi. Lakin administrasiya rəsmilərini verdiyi məlumata görə, Trampın Haspel ilə bağlı mövqeyi qətidir.

Haspel dinləmələrdən öncə, bəzi senatorlarla görüşərək, təsdiq edildiyi halda sərt dindirilmə texnikalarına qarşı olacağını bildirib.

Təsdiq edilsə, Haspel kəşfiyyat agentliyinə rəhbərlik edən ilk qadın olacaq. Bu vəzifəni daha öncə hazırkı dövlət katibi Mayk Pompeo tuturdu.

Respublikaçı senatorlat Con Makkeyn və Rend Pol Haspelin əleyhinə olduğunu bildirib. 100 yerlik Senatda respublikaçılar 51 yerə sahibdir. Səsvermənin bərabərliyini saxlamaq üçün vitse-prezident Mayk Pens də səsverməyə qatıla bilər. (Amerikanın Səsi)