Qəzza zolağında fələstinli etirazçılarla İsrail hərbçiləri arasında baş verən toqquşmalarda ölənlərin sayı 55 nəfərə çatıb, 2771 nəfər yaralanıb.
Bu barədə “RİA Novosti” agentliyinə yerli tibb xidmətinin rəsmi nümayəndəsi Əşrəf əl-Kidra məlumat verib. “İsrail təcavüzünün bugünkü nəticələri belədir – 7-si uşaq və 1-i qadın olmaqla 55 nəfər həyatını itirib, 79-u qadın olmaqla 2 771 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb”, deyə nazirlik rəsmisi qeyd edib.
Onun sözlərinə görə, martın 30-dan etibarən Qəzza zolağında 104 fələstinli ölüb, 12 mindən çoxu yaralanıb.