XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 May 2018 - 18:05

Fələstin administrasiyası Vaşinqtondakı nümayəndəsini geri çağırıb

Fələstin Milli Administrasiyasının Vaşinqtondakı nümayəndəsi Husam Zomlot administrasiya rəhbəri Mahmud Abbasın göstərişi ilə ABŞ-ı tərk edir.

Azərtac bu barədə Associated Press informasiya agentliyinə istinadla xəbər verir.

“ABŞ öz səfirliyini Qüdsə köçürdükdə biz də qərar qəbul etməyə məcbur olduq və bu, bizim qərarımızdır”, – deyə Fələstinin xarici işlər naziri Riad Maliki administrasiyanın qərarını şərh edib.

Xatırladaq ki, mayın 14-də Qüdsdə ABŞ-ın yeni səfirliyinin açılış mərasimi olub. Mərasim üçün işğal edilmiş Fələstin torpaqlarında İsrail dövlətinin qurulmasının ildönümü günü seçilib. Həmin gün fələstinlilər Qəzza sektorunun sərhədi boyu miqyaslı etiraz aksiyaları keçirib. İsrail ordusunun etirazçılara atəş açması nəticəsində 60 nəfərdən çox fələstinli həlak olub, azı 2 min nəfər isə yaralanıb.