XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 May 2018 - 21:01

Bağdad yaxınlığında partlayış:azı 8 nəfər həlak olub, 30 nəfər yaralanıb

İraqın paytaxtına yaxın rayonların birində baş verən partlayış nəticəsində azı 8 nəfər həlak olub, 30-dan çox insan isə xəsarət alıb.

Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, insident Bağdaddan 50 kilometr şimalda yerləşən Tarmiyyə yaşayış məntəqəsində qeydə alınıb. Burada kamikadze dəfn mərasimi zamanı partlayıcı qurğunu işə salıb.

Ölkədə fəaliyyət göstərən heç bir qruplaşma hələlik hadisənin məsuliyyətini öz üzərinə götürməyib.