XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

17 May 2018 - 04:30

Tramp Özbəkistan prezidentini təriflədi:"Ölkəsində və bütün dünyada yüksək hörmətə layiq şəxsdir"

ABŞ prezidenti Donald Tramp mayın 16-da Ağ Evdə Özbəkistan prezidenti Şavkat Mirziyoyevlə danışıqlar aparıb.

Bu, 2002-ci ildən bəri Özbəkistan liderinin Birləşmiş Ştatlara ilk səfəri olub.

Ağ Evdə danışıqlardan əvvəl Tramp Özbəkistan prezidentini “öz ölkəsində və bütün dünyada yüksək hörmətə layiq şəxs” kimi təqdim edib.

Tramp jurnalistlərə deyib ki, iki ölkə arasında həm ticarət, həm də hərbi sahədə sıx əməkdaşlıq mövcuddur.

ABŞ prezidenti bildirib ki, Özbəkistan Birləşmiş Ştatlardan silah və hərbi avadanlıq alıb.

Buna baxmayaraq, Donald Tramp Özbəkistanda insan haqları ilə bağlı vəziyyətə toxunmayıb.

Mirziyoyev Trampla görüşünü tarixi adlandırıb və deyib ki, bu görüş iki ölkə arasında “strateji tərəfdaşlığın yeni erası” olacaq.

Özbəkistan prezidenti bunu da deyib ki, Daşkənd indiyədək Amerika şirkətləri ilə 5 milyard dollarlıq sazişlər imzalayıb.

Mirziyoyev söhbət zamanı Trampı ABŞ-ın son vaxtlarda əldə etdiyi iqtisadi uğurlar münasibətilə təbrik edib.

Mirziyoyev deyib: “Bu, sizin Amerika xalqının rifahi naminə şəxsi işinizin nəticəsidir”.

Onun bu bəyanatına Tramp “sizinlə 100 faiz razıyam” əlavəsini edib.

60 yaşlı Mirziyoyev prezident olandan bəri öz ölkəsindəki insan haqlarının vəziyyətini yaxşılaşdırmaq üçün bir sıra islahatlara başlayıb. Özbəkistanda bir çox siyasi məhbuslar azad edilib, siyasi mühacirlərin ölkəyə gəlişi asanlaşdırılıb.

Buna baxmayaraq, Ağ Ev rəsmiləri və ABŞ təhlilçiləri Özbəkistanda baş verən dəyişiklikləri “ehtiyatla alqışladıqlarını” bildirirlər.

Azadlıq Radiosu