XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

18 May 2018 - 18:20

Putinə “ömürlük” hakimiyyət təklifi –Dumadan konstitusiya limitinin qaldırılması istənilir

Rusiya Dövlət Dumasına təklif verilərək ardıcıl olaraq iki dəfədən artıq prezident seçilməklə bağlı konstitusiya limitinin qaldırılması istənilir. Bu, indiki prezident Vladimir Putinin 2024-cü ildən sonra da həmin posta seçilməsinə şərait yaratmaq deməkdir.

Strateq.az azadlıq.org-a istinadən xəbər verir ki, təklif mayın 18-də Dövlət Dumasının vebsaytında dərc olunub. Cəmi iki həftə öncə isə Putin daha altı illiyə prezidentliyə başlayıb. Bu onun dalbadal ikinci, ümumilikdə isə dördüncü prezidentliyidir.

Təklif Çeçenistan parlamentindən gəlib. Həmin regionun rəhbəri Ramzan Kadırov dəfələrlə Putinə sadiqliyini dilə gətirib, deyib ki, Putin hakimiyyətdə ömürlük qalmalıdır.

65 yaşlı Putin 1999-cu ildən Rusiyanın ya prezidenti olub, ya da baş naziri. O, 2008-ci ilədək artıq iki müddətə prezident seçilmişdi deyə, müttəfiqi Dmitri Medvedevi bu vəzifəyə gətirdi, özü isə dörd il baş nazir oldu. 2012-ci ildə yenidən Kremlə qayıtdı.

Opponentləri və beynəlxalq müşahidəçilər 18 mart prezident seçkisinin saxtakarlıqla keçdiyini, seçicilərə real seçim verilmədiyini deyirlər. Mövcud konstitusiyaya görə, Putin 2024-cü ildə yenidən namizədliyini verə bilməz. Bu məhdudiyyət Putinin gözlənən addımları haqda genişmiqyaslı spekulyasiyya yol açmışdı. Bəzi təhlilçilər onun prezidentlik müddət bitəndən sonra hakimiyyətdə qalmağın bir yolunu tapacağını deyirdilər. Bunun ən birbaşa yolu konstitusiyanı dəyişməkdir.

Aprelin əvvəlində Çeçenistanda deputatlar belə bir təklif irəli sürəndə Kremlin sözçüsü Dmitru Peskov məsələnin Putinin gündəmində olmadığını, prezidentin konstitusiyanın dəyişməsiylə bağlı mövqeyini daha öncə aydın ifadə etdiyini deyib. Putin elə prezident seçilən günü deyirdi ki, “indilik” konstitusiyanı dəyişmək planı yoxdur. O, altıillik fasilə götürüb 2030-cu ildə, 77 yaşında yenidən prezidentliyə namizədliyini verib-verməyəcəyi ilə bağlı suala isə gülmüşdü. “Bu, bir az gülüncdür, gəlin riyazi hesablayaq. 100 yaşınadək burada oturmalıyam? Xeyr!”, – Putin onda demişdi.