XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 May 2018 - 10:22

Kubada matəm elan olunub- Təyyarə qəzasında ölənlərə görə

Kubanın Dövlət Şurası Havana yaxınlığında “Boeing 737”” təyyarəsinin qəzaya uğraması ilə bağlı matəm elan edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə “Granma” qəzeti” məlumat verib.

“Təyyarə qəzası ilə əlaqədar Kuba Respublikasının Dövlət Şurası mayın 19-u saat 06.00-dan mayın 21-i, saat 00.00-dək ölkədə matəm elan edib”, məlumatda deyilir.

 

“Cubana de Aviacion” aviaşirkətinin Meksikanın “Global Air” aviaşirkətindən icarəyə götürdüyü “Boeing 737” təyyarəsi Havana yaxınlığında qəzaya uğrayıb. Havana-Olqin marşrutu üzrə uçan layner havaya qalxdıqdan az sonra yerə çırpılıb və yanıb. Qəza nəticəsində 103 sərnişin və 5 ekipaj üzvü ölüb.