XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

19 May 2018 - 10:57

Əfqanıstanda oyun zamanı stadionda partlayış baş verib- 8 nəfər ölüb

Əfqanıstanın şimal-şərqində stadionda baş vermiş partlayışlar nəticəsində 8 nəfər ölüb, 45-i yaralanıb.

“Report”un “TOLO News” telekanalına istinadən verdiyi məlumata görə, hadisə Nanqahar əyalətinin Celalabad şəhərindəki arenada kriket matçı zamanı yaşanıb. Görüş Ramazan ayını qeyd etmək məqsədilə keçirilib. Ölənlər arasında yarışın təşkilatçısı və Mehtarlam şəhər merinin müavini də var.

“Taliban” qruplaşması partlayışda istənilən formada iştirakını inkar edib.

Qeyd edək ki, daha əvvəl Əfqanıstanın şərqindəki Host əyalətində məsciddə baş vermiş partlayış nəticəsində 10 nəfər ölüb.