XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 May 2018 - 17:44

Poroşenko əmr imzalayıb- Ukraynalı nümayəndələrin MDB orqanlarından geri çağırılması barədə

Ukrayna prezidenti Pyotr Poroşenko ukraynalı nümayəndələrin Müstəqil Dövlətlər Birliyindən ( MDB) səlahiyyətli orqanlarından geri çağırılması barədə əmr imzaladığını bəyan edib.

APA -nın xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

“Bu gün mən Ukrayna münayəndə heyətinin MDB-nin bütün səlahiyyətli orqanlarından geri çağrılması barədə müvafiq əmr imzalamışam. Avropa istiqamətində addımladığımızdan bizim bu orada təmsil olunmağımızın mənası yoxdur”, – deyə P.Poroşenko vurğulayıb.

Qeyd edək ki, bir qədər əvvəl P.Poroşenko ölkəsinin MDB-nin əlaqələndirici qurumlarda iştirakını dayandıracağı ilə bağlı açıqlama verib. “Bu MDB-dən çıxmaq anlamına gəlmir, çünki, Ukrayna heç vaxt bu quruma daxil oilmayıb”, – deyə P.Poroşenko vurğulayıb.

Xatırladaq ki, aprelin 12-də P.Poroşenko hökumətə Ukraynanın MDB-dən rəsmi şəkildə çıxması ilə bağlı sənəd hazırlamağı və bununla bağlı prosedura başlanılması barədə tapşırıq verib. Öz növbəsində aprelin 23-də MDB-nin İcraiyyə Komitəsinin sədri Sergey Lebedev bildirib ki, Ukrayna hələlik MDB-dən çıxacağı ilə bağlı rəsmi şəkildə xəbərdarlıq etməyib.

Qeyd edək ki, Ukrayna 1991-ci ilin dekabrında MDB-nin təsis edilməsi ilə bağlı müqaviləni ratifikasiya etsə də təşkilatın nizamnaməsini təsdiqləmədiyindən de-yure MDB üzvü sayılmırdı.