XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 May 2018 - 18:13

Ramzan Kadırov:"Qroznıda kilsəyə gələnləri girov götürmək istəyənlər məhv edilib"

Rusiya Federasiyasının Çeçenistan Respublikasının paytaxtı Qroznıda Arxangel Mixail kilsəsinə gələnləri girov götürmək istəyən dörd yaraqlı məhv edilib.

TASS xəbər verir ki, bu barədə jurnalistlərə Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov məlumat verib.

“Yaraqlılar Arxangel Mixail Kilsəsinə soxularaq orada olanları girov götürmək istəyiblər. Dərhal keçirilən xüsusi əməliyyat nəticəsində dörd yaraqlının hamısı məhv edilib”, – o, bildirib.

R.Kadırovun sözlərinə görə, aldığı güllə yarasında bir polis ölüb, kilsəyə ibadətə gələnlər arasında isə bir nəfər yaralanıb/Report.