XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

19 May 2018 - 21:49

Sakit okeanda yerləşən ada dövlətləri Şimali Koreyaya müraciət ediblər- Konkret addımlar atmağa çağırıblar

Sakit okeanda yerləşən ada dövlətləri rəhbərlərinin Yaponiyanın Fukusima prefekturasında keçirilən görüşündə birgə bəyanat qəbul edilib.

Bəyanatda ilk dəfə Koreya Xalq Demokratik Respublikasının (KXDR) adı çəkilib.

İvaki şəhərində iki gün davam edən görüşdə 16 ada dövlətinin və Sakit okeanın cənubunda yerləşən iki Fransa ərazisinin liderləri iştirak ediblər.

Birgə bəyanatda qeyd edilir ki, dənizdə qanunun aliliyinə əsaslanan azad, açıq və stabil qaydalar regionda sülhə və inkişafa xidmət edəcək.

Sakit okeanın ada dövlətlərinin liderləri ümid etdiklərini bildiriblər ki, Pxenyan KXDR və ABŞ liderlərinin iyunun 12-nə planlaşdırılan görüşündən sonra konkret addımlar atacaq(azərtac).