XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

20 May 2018 - 15:30

Bu gün Venesuelada da növbədənkənar pezident seçkisidir –Narkotik alverində ittiham olanan Maduro əsas namizəddir

Bu gün neftlə zəngin Venesuelada da növbədənkənar prezident seçkiləri keçirilir.

Strateq.az xarici mediaya istinadən xəbər verir ki, prezident seçkilərində dörd namizəd mübarizə aparır: hazırki prezident Nikolas Maduro, Proqressiv Avanqard Partiyasının lideri Enri Falkon, “Dəyişikliyə ümid” Hərəkatının nümayəndəsi Xavyer Bertuççi və Xalqın Vahid Birliyinin nümayəndəsi Reynaldo Kixadadır.

Seçkilərdə 20,3 milyon seçicinin səs verməsi gözlənilir.

Seçkidən 2 gün əvvəl – mayın 18-də ABŞ Maliyyə Nazirliyi bəyanat yayaraq, Venesuela prezidenti Nikolas Maduronu və ondan sonra hakim Sosialist Partiyasında ikinci şəxs sayılan Diosdado Kabellonu narkotik alverində ittiham edib. ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir ki, Kabello narkotik alverçilərindən müsadirə etdiyi narkotik maddələri toplayaraq Venesuela dövlət hava limanından böyük partiya şəklində ixrac edib, əldə etdiyi gəliri isə Maduro və digər şəxslərlə bölüşüb.