XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

20 May 2018 - 19:24

Ağ Evdən açıqlama:"Trampla Kim Çenlə görüşü ləğv edilməyib"

ABŞ prezidenti Donald Trampın Şimali Koreya lideri Kim Çen Inla gələn ay planlaşdırılan görüşünü heç kim ləğv etməyib.

Bu barədə Ağ Evin mətbuat xidmətindən bildirilib.

Mətbuat xidmətindən həmçinin qeyd edilib ki, Tramp bu görüşü Cənubi Koreya Respublikasının prezidenti Mun Çje İnlə telefon danışığında müzakirə edib. ABŞ və Cənubi Koreya rəhbərləri bu məsələ ilə bağlı sıx koordinasiyanı davam etdirirlər.

Donald Trampla Kim Çen Inın görüşü iyunun 12-ə planlaşdırılır. Görüş Sinqapurda keçirilməlidir/Report.