XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 May 2018 - 22:15

Qroznıda kilsəyə silahlı hücumu kimin təşkil etdiyi bilindi –Yenə İŞİD...

İŞİD terror qruplaşması Qroznı şəhərinin mərkəzindəki kilsəyə silahlı hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

“Röyters”in verdiyi xəbərə görə, bu barədə qruplaşmanın yaydığı bəyanatda bildirilir.

Qeyd edək ki, mayın 19-da 4 silahlı şəxs dindarları girov götürmək məqsədilə Qroznının mərkəzindəki kilsəyə hücum ediblər. Xüsusi əməliyyat nəticəsində silahlılar məhv edilib. Əməliyyat zamanı 2 polis əməkdaşı və bir dindar həlak olub, daha 2 polis yaralanıb/APA.