XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 May 2018 - 23:13

Hədədən barışa? –ABŞ və Çin ticarət əlaqələrindəki kəskin narazılığı həll etməyə razılaşdılar

ABŞ-la Çin 2 günlük gərgin danışıqlardan sonra ikitərəfli ticarət əlaqələrində fikir ayrılıqlarını aradan qaldırıblar.

Mayın 19-da yayılan birgə bəyanatda deyilir ki, Çin ticarət balansındakı əyrilikləri düzəltmək üçün ABŞ məshulları və xidmətlərinin idxalını xeyli artırmaq razılığına gəlib.

Bu, Pekinə getmiş yüksək səviyyəli ABŞ nümayəndə heyətinin əsas tələbə idi.

Hələlik Çinin pul şəklində nə qədər güzəştə getdiyi bəlli deyil.

ABŞ tərəfi söhbətin 200 milyard dollardan getdiyini vurğulasa da, Çinin Xarici İşlər Nazirliyi bunu təsdiqləməyib.

Birgə bəyanata deyilir ki, Çin öz xalqının artan maddi ehtiyacları və iqtisadi inkişafın yüksək göstəricilərini təmin etmək üçün ABŞ məhsullarının alınmasını xeyli artıracaq, öz növbəsində bu, ABŞ-da inkişaf sürəti və məşğulluğun artmasına kömək edəcək.

Çin ABŞ-dan əsasən kənd təsərrüfatı məhsulları və enerji resursları idxal etmək fikrindədir.

Vaşinqtonla Pekin bundan əvvəl bir-birlərini 10 milyard dollarlarla gömrük rüsumu ilə hədələyirdilər. Beləliklə, tərəflər bu razılaşma ilə öz aralarında ticarət müharibəsinin mümkünlüyünü aradan qaldırdılar.