XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

21 May 2018 - 18:48

AKP deputatlığa namizədlərinin siyahısını açıqladı –3 nəfər tanınmış idmançıdır

 Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) iyunun 24-də ölkədə keçirilməsi planlaşdırılan növbədənkənar prezident və parlament seçkiləri ilə bağlı deputatlığa namizədlərinin siyahısını Mərkəzi Seçki Komissiyasına təqdim edib.

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, siyahıda 600 nəfərin adı yer alıb. Onlardan 126-sı qadındır.

Siyahıda AKP-nin hazırda deputat olan 167 nəfərin adı da var. Bundan əlavə, 149 deputat təkrar namizəd göstərilməyib. Türkiyənin baş naziri Binəli Yıldırım İzmir birinci bölge birinci sıradan, Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Destici isə Ankara ikinci bölgə birinci sıradan namizəd göstərilib.

Deputatlığa namizədlərin siyahısında üç idmançı da yer alıb. Bunlar motosikletçi Kenan Sofuoğlu, Türkiyənin U21 yığma komandasının baş məşqçisi Alpay Özalan və keçmiş güləşçi Selçuk Çebidir.

Onlar, müvafiq olaraq, Sakarya, İzmir və Trabzon şəhərlərindən deputatlığa namizəd irəli sürülüblər.