XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 May 2018 - 21:13

Dəməşq azad edildi –Son məhəllələr İŞİD-in nəzarətindən geri alınıb

  

Suriya ordusunun bildirdiyinə görə, Dəməşqin son məhəllələri İŞİD-in nəzarətindən geri alınıb. Paytaxtın ətraflarının tamamilə təhlükəsiz olduğu bildirilir.

General Əli Meyhub Yarmuk düşərgəsi v. Həcər Əl-Əsvadın ələ keçirildiyini bəyan edib. O, ekstremistlərin məğlubiyyətini elan edib. Suriya dövlət televiziyasının daha əvvəl verdiyi məlumata görə, Suriya hökümət qüvvələri bir qrup mülki vətəndaşı Dəməşqin cənubundan çıxarandan sonra İslam Dövləti qrupuna qarşı yenidən hücuma keçib.

Dövlət televiziyası adını açıqlamadığı ordu rəsmisinə istinadən söyləyib ki, bazar gecəsi Dəməşqin cənubunda yerləşən Həcər Əl-Əsvəd məhəlləsindən qadınlar, uşaqlar və yaxşlıları çıxarmaq üçün atəşkəs əldə olunmuşdu.

Bazar ertəsi isə gündüz saat 12 radələrində atəşkəsin bitməsinə az müddət qala hökümətə aid döyüş təyyarələri İŞİD-in nəzarət etdiyi ərazilərə hücum edib, Surya qoşunları isə İŞİD-in Dəməşqdə nəzarət etdiyi digər ərazilərə doğru irəliləyib. “IŞİD terror təşkilatı son saatlarını yaşayır,” deyə dövlət televiziyasında bildirilib. Dəməşq sakinləri deyib ki, şəhərin üzərindən yenidən döyüş təyyarələri uçub. Döyüşlər Həcər Əl-Əsvəd məhəlləsində və yaxınlıqda fələstinlilərin Yarmuk qaçqın düşərgəsində başlayıb.

Britaniyada qərargahlanan Suriya İnsan Haqlarının Müşahidəsi qrupu bildirib ki, bəzi İŞİD döyüşçülərinə Yarmuk və Əl-Tadamon məhəllələrini tərk etməyə icazə verilib. Suriya dövlət mediası döyüşçülərin təxliyyəsi üçün razılığın əldə olunduğuna dair iddiaları rədd edib.

Prezident Bəşar Əsəd qüvvələri Dəməşqin cənubunda İŞİD yaraqlılarına qarşı hücumu bir ay öncə başladıb. Həmin hücum nəticəsində ərazinin 70 faizindən çoxu hökümətin nəzarəti altına keçib. Bu məhəllələrin ələ keçirilməsi ilə Suriya paytaxtı 2011-ci ildən bəri ilk dəfə tam olaraq hökümətin nəzarəti altına keçəcək.  (Amerikanın Səsi)