XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

21 May 2018 - 22:07

Türkiyədə 104 hərbçi ömürlük həbs olundu –FETÖ ittihamı

Türkiyənin İzmir şəhər məhkəməsi 2016-cı ilin iyul hadisələri (dövlət çevrilişinə cəhd) ilə bağlı iş üzrə 104 nəfəri ömürlük azadlıqdan məhrum edib.

Bu barədə “Sabah” qəzeti məlumat yayıb. Ən ağır cəzanı alan müttəhimlər ölkə konstitusiyasını pozmaqda, Fətullah Gülənin terrorçu qruplaşmasına (FETÖ) üzv olmaqda təqsirli bilinib. Onların arasında yüksək çinli zabitlərin də yer aldığı bildirilir.

Ömürlük həbs alanlardan savayı, 21 nəfər qiyam zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsd cəhdinə görə 20 il azadlıqdan məhrum edilib.