XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

22 May 2018 - 00:15

Federika Moqerini Vaşinqtona etiraz etdi:“İranla bağlı  Hərtərəfli Birgə Fəaliyyət Planı yerinə yetirilməlidir”

  

Beynəlxalq ictimaiyyət İranla iqtisadi münasibətlər və ticarəti normallaşdırılmalıdır.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Avropa diplomatiyasının rəhbəri Federika Moqerini ABŞ dövlət katibi Mayk Pompeonun bugünkü bəyanatına cavab olaraq bəyan edib.

“İranla iqtisadi münasibətlər və ticarətin normallaşdırılması Hərtərəfli Birgə Fəaliyyət Planının başlıca hissəsidir və beynəlxalq ictimaiyyət tərəfindən yerinə yetirilməlidir”, deyə F.Moqerini qeyd edib.

O əlavə edib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik artıq on dəfə İranın bütün öhdəliklərini yerinə yetirdiyini və mandatının həyata keçirilməsi üçün İran tərəfindən tam şəraitin yaradıldığını təsdiqləyib.

“Pompeonun çıxışında izah olunmur, ABŞ-ın nüvə razılaşmasından çıxması necə  dünyanın hər hansı bir bölgəsini nüvə silahlarından daha təhlükəsiz edə bilər”, deyə F.Moqerini bildirib.