XƏBƏR LENTİ

25 Yanvar 2021

Digər Xəbərlər

22 May 2018 - 12:14

Putin SSRİ-ni sarsıdan 1991-ci ilin avqust qiyamından danışdı:“Mən DTK və Yeltsin arasında seçim etməli oldum”

 

“1991-ci ildəki avqust qiyamı zamanı mən prezident Boris Yeltsin və Dövlət Təhlükəsizlik Komitəsinin sədri Vladimir Kryuçkovun daxil olduğu Fövqəladə Hal üzrə Dövlət Komitəsi (QKÇP) arasında seçim etmək məcburiyyətində qaldım”.

Bu etirafı Rusiya Prezidenti Vladimir Putin “Sobçak işi” filmində çıxışı zamanı deyib.

“Bir tərəfdən mən Anatoli Sobçakla çalışırdım. O, Yeltsinin tərəfində idi. Digər tərəfdən isə güc strukturları çevrilişi həyata keçirənlərin yanında yer almışdılar. Mən hər iki tərəfdə eyni anda ola bilməzdim. Qiyamın gedişi zamamı Sobçaka seçim etdiyimi bildirdim. Onunla qalmağa üstünlük verdim. Mən ilk növbədə özümü əmin hiss etməli idim. Ona görə də bu vəziyyətdə mənim üçün ən doğru olan raport yazıb, istefaya getmək idi. Sobçak mənə dedi ki, “bildiyiniz kimi edin. Kryuçkova zəng edirəm”. Bundan sonra Sobçak dediyini etdi və mənim raportuma imza atıldı” – deyə o bildirib.

Filmdə həmçinin Rusiya Milli Qvardiyasının rəhbəri Viktor Zolotovun da fikirlərinə yer verilib:

“21 avqust 1991-ci ilin gecəsində Yeltsin administrasiyaya gəldi və əmr etdi ki, yaxınlarını Moskvadan aparsınlar. O qorxurdu ki, ailəsi sonradan repressiyaya məruz qalsın. Başa düşürdüm ki, biz orada öləcəyik. Mən uşaqlara dedim ki, biz maksimum 20 dəqiqə dayana biləcəyik.

Həmin vaxt Yeltsin RSFSR-in Ali Şurasının bütün katibliyini topladı. Buradakı qadınların hamısı evlərinə göndərildi. Ona görə ki, axşam aksiya olacağı və orada hər kəsin öləcəyi deyilirdi. Boris Nikolayeviç kifayət qədər soyuq idi”.

Qeyd edək ki, “Sobçak işi” filmi Sankt-Peterburqun ilk meri Anatoli Sobçakın xatirəsinə həsr olunub. Film 12 iyunda yayıma buraxılacaq. (Axar.az)