XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 May 2018 - 18:37

“Facebook”un yaradıcısı canlı yayımda dindiriləcək –Avropa Parlamentində

“Facebook” şirkətinin yaradıcısı Mark Zukerberg  mayın 22-də Avropa Birliyinin deputatları qarşısına çıxacaq, milyonlarla Facebook istifadəçisi haqqında məlumatların oğurlanması iddialarıyla bağlı sualları cavablandıracaq.

Canlı yayımlanacaq sual-cavab sessiyasında Zukerberg Avropa Parlamentindəki əsas partiya və komitələrin liderləri tərəfindən dindiriləcək. Zukerberg ötən ay ABŞ Konqresində ifadə vermişdi, ancaq Avropaya getməyə boyun olmamışdı. O, Britaniya parlamentinə aparıcı rəsmisini göndərmiş, Brüsselə də eyni variantı təklif etmişdi. Amma AB parlamenti onu şəxsən dindirmək istəyib. Bugünkü dindirmənin əvvəlcə qapalı keçirilməsi nəzərdə tutulurdu. AB-nin Mülki Azadlıqlar, Ədalət və Daxili İşlər Komitəsinin prezidenti Claude Moraes deyib ki, dindirmənin yayımlanması “çox vacibdir”. (Azadlıq Radiosu)