XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

22 May 2018 - 20:45

Ciddədə təyyarə təcili eniş edib- 50-dən çox sərnişin xəsarət alıb

Mədinə şəhərindən Banqladeşin paytaxtı Dəkkəyə uçan Səudiyyə Ərəbistanının “Saudia” aviakompaniyasına məxsus “Airbus 330” təyyarəsi Ciddə şəhərində təcili eniş etməyə məcbur olub. Nəticədə 52 sərnişin yüngül xəsarət alıb.

Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, insident yerli vaxtla saat 21:50-də baş verib.

Kompaniyadan verilən məlumata əsasən, uçuş zamanı laynerin hidravlika sistemində nasazlıq yaranıb. Nəticədə təyyarə marşrutunu dəyişib və bir neçə cəhddən sonra ön şassisi açılmadan Ciddədəki “Kral Əbdül Əziz” hava limanına təcili eniş edib.

Hadisə zamanı təyyarənin göyərtəsində 141 sərnişin və 10 ekipaj üzvü olub.