XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

22 May 2018 - 21:55

Malayziyada korrupsiya qalmaqalının istintaqına başlanılıb- Baş nazir xüsusi göstəriş verdi

Malayziyanın Baş naziri Mahathir Məhəmməd korrupsiya qalmaqalının təhqiq olunması üçün operativ qrupa xüsusi göstəriş verib. Müstəntiqlər qrupu 700 milyon dolları Dövlət İnvestisiya Fondundan şəxsi hesabına köçürməkdə şübhəli bilinən sabiq Baş nazir Nəcib Razakın ünvanına səslənən bütün ittihamları təhqiq edəcək.

Baş nazirin kabineti yanında mülki vətəndaşların və digər hakimiyyət strukturlarının nümayəndələri qarşısında çıxış edən Mahathir Məhəmməd korrupsiyanın kökünü kəsəcəyini vəd edib. O, qalmaqalda şübhəli bilinən sabiq Nəcib Razakın ünvanına tənqidi fikirlər səsləndirib. M.Məhəmməd, həmçinin icra, qanunverici və məhkəmə hakimiyyəti strukturları arasında dəqiq sərhədin saxlanılmasına da çağırıb.

Xatırladaq ki, ötən həftə Nəcib Razakın evində axtarış aparan polis çoxlu sayda zinət əşyaları müsadirə edib. Sabiq Baş nazir özü isə heç bir qeyri-qanuni hərəkətə yol vermədiyini bildirir.

Operativ qrupun yardım üçün ABŞ, İsveçrə və digər ölkələrin hüquq müdafiə agentliklərinə müraciət edəcəyi gözlənilir(azərtac).