XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 May 2018 - 12:31

Nyu-York Fond Birjasına qadın rəhbərlik edəcək- İlk dəfə

Nyu-York Fond Birjasına cümə günündən etibarən rəhbərlik edəcək Steysi Kaninqem bu qurumun 226 illik tarixi ərzində ilk qadın prezidenti olacaq.

Azərtac Anadolu Agentliyinə istinadla xəbər verir ki, Steysi Kaninqem, 2014-cü ildən birjanın prezidenti olan Tomas Farlini əvəz edəcək. Birjada 1996-cı ildən işləyən Steysi Kaninqem qurumun tarixində 67-ci prezident olacaq.

Xatırladaq ki, ABŞ-ın ikinci böyük birjası olan NASDAQ-a isə ötən ilin yanvar ayından xanım Adena Fridman rəhbərlik edir.