XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 May 2018 - 17:43

Böyük Britaniya 5 milyon funt sterlinq ayırır- Ebola ilə mübarizə üçün

Böyük Britaniya Konqo Demokratik Respublikasında yayılan Ebola virusu ilə mübarizə çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon funt sterlinq ayıracaq.

Trend-in məlumatına görə, bu barədə Böyük Britaniyanın beynəlxalq inkişaf naziri Penni Mordont deyib.

Qeyd olunur ki, bu vəsait laboratoriya işləri üçün, müşahidə, logistika və bu kimi fəaliyyət sahələrinə ayrılacaq.

Son məlumatlara görə, Konqo DR-də Ebolaya yoluxanların sayı 58 nəfərə çatıb.