XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

23 May 2018 - 20:55

KXDR-in nüvə poliqonu mayın 24-də sökülə bilər

Hava şəraiti əlverişli olsa, Şimali Koreyanın “Punqeri” nüvə poliqonu mayın 24-də söküləcək.

Azərtac Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə KXDR hökumətindən bildiriblər.

Poliqonun bağlanma mərasimini işıqlandırmaq üçün Şimali Koreyaya gələn xarici jurnalistlər qatarla Vonsan şəhərindən çıxaraq poliqona tərəf yollanıb.

Xatırladaq ki, Şimali Koreya lideri Kim Çen In aprelin 21-də nüvə silahı və qitələrarası ballistik raket sınaqlarının dayandığını elan etmişdi. Bir müddət əvvəl isə Pxenyan may ayının sonlarında “Punqeri” nüvə poliqonunun işinə xitam verəcəyini, nüvə silahının yeraltı sınaqları üçün istifadə olunan tunellərin jurnalistlərin gözü qarşısında partladılacağını bildirmişdi.