XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 May 2018 - 11:14

Uşakov:"Putinlə Trampın görüşünə hazırlıq aparılmır"

Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında görüş üçün hazırlıq aparılmır.

Trend-in məlumatına görə, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.

Y.Uşakov bildirib ki, hazırlıq işləri heç başlamayıb:

“Martın 20-də prezident Tramp Putini Vaşinqtonda və ya digər şəhərdə görüşə dəvət etmişdi. İşlər elə o vaxtdan irəliləməyib”.