Atatürk hava limanının ərazisində böyük park salınacaq.
Azərtac xəbər verir ki, bu barədə Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan “TRT” kanalında “Cümhurbaşkanı Özel Yayını” proqramında deyib.
Prezident bildirib ki, Türkiyə dövləti yaşıllaşdırmaya xüsusi önəm verir. Bununla əlaqədar olaraq Türkiyənin şəhərlərində vətəndaşların istifadəsi üçün böyük parklar salınacaq. Bu parklardan biri də İstanbulda Atatürk hava limanının ərazisində salınacaq və vətəndaşlar bu parklarda asudə vaxtlarını xoş keçirə biləcəklər.