XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

25 May 2018 - 16:58

Avstraliya və Niderlanddan rəsmi ittiham –“Vurulmuş təyyarəyə görə Rusiya məsuliyyət daşıyır”  

 

 

Avstraliya və Niderland 2014-cü ildə Malayziyanın “Boeing” təyyarəsinə hücuma görə Rusiyanın məsuliyyət daşıdığını rəsmən elan edib.

“Interfax” agentliyi xəbər verir ki, Niderlandın xarici işlər naziri Ştef Blok hər iki tərəfin mövqeyinin Niderland hökumətinin bəyanatında əks olunduğunu deyib. “Niderland və Avstraliya qəzanın təhqiqatı üzrə beynəlxalq qrupun nəticələrinə əsaslanaraq MH17-nin vurulduğu “Buk” zenit-raket kompleksinin həmin ərazidə yerləşdirilməsinə görə Rusiyanın məsuliyyət daşıdığına əmindir”, – deyə o bildirib.

BBC telekanalının məlumatına əsasən, Niderland hökuməti Rusiyanı rəsmən məsuliyyətə cəlb etməyə hazırlaşır. Niderland və Avstraliyanın mövqeyi həm Moskvadakı Rusiya rəhbərliyinə, həm də RF-in Kanberra və Haaqadakı səfirlərinə təqdim edilib.

Mayın 24-də beynəlxalq tədqiqatçılar qrupu dörd il əvvəl Donetsk vilayətində mülki “Boeing” təyyarəsinə tərəf buraxılan raketin Kursdakı hərbi bazadan gətirildiyini bildirib.

Xatırladaq ki, Amsterdam (Niderland) – Kuala-Lumpur (Malayziya) МН17 reysini həyata keçirən “Malaysia Airlines” aviakompaniyasına aid “Boeing-777” təyyarəsi 2014-cü il iyulun 17-də Donetsk vilayətinin səmasında vurulmuşdu. İnsident nəticəsində təyyarənin göyərtəsindəki 298 nəfərin hamısı həlak olmuşdu.