Ordunun tərkibinə, ən azı, 15 min hərbçi daxildir
Səudiyyə Ərəbistanı ilə həmsərhəd bölgədə dislokasiya olunmuş Yəmən ordu hissəsinin komandiri bazar günü bildirib ki, Yəmən prezidenti ƏbdüRəbbi Mənsur Hadini dəstəkləyir.
Strateq.az Reuters İA-ə isnadən xəbər verir ki, ordunun tərkibinə, ən azı, 15 min hərbçi daxildir.