XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 May 2018 - 00:03

İranda yenə qarşıdurma oldu:etirazçılar yolu bağladı, polis güc tətbiq etdi

İranın müxtəlif şəhərlərində yük maşınları sürücülərinin keçirdiyi etiraz aksiyalarına Güney Azərbaycan şəhərlərinin sürücüləri də qoşulub.

Axar.az xəbər verir ki, Təbriz, Sulduz, Qoşaçay, Tikantəpə, Ərdəbil, Azərşəhr, Məlikan və digər Azərbaycan şəhərlərindən olan sürücülər aksiyalara qoşularaq, maşınların ehtiyat hissələri və yanacağın baha olmasına, sığorta haqlarının artırılmasına etiraz ediblər.

Məlikanda sürücülər bir neçə yolu bağlayaraq, avtomobillərin hərəkət etməsinə icazə verməyib. Məlumata görə, polis əməkdaşları etirazçılara hücum edərək, onları dağıtmağa çalışıb. Etirazçılardan bir neçəsinə güc tətbiq olunduğu bildirilir.

Qoşaçay şəhərində keçirilən aksiyada da polisin müdaxiləsi və oxşar hadisənin yaşandığı deyilir.