ABŞ maye qazı Rusiya qazından 30-40 faiz bahadır.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak deyib. Nazir bildirib ki, ABŞ-ın mayeləşdirilmiş təbii qazının (LNG) qiyməti boru kəməri ilə nəql olunan Rusiya qazından ən azı 30-40 faiz yüksəkdir: “ABŞ Avropanın bu ölkənin LNG-sini almasını istəyir, lakin bu qiymət boru kəməri ilə göndərilən Rusiya qazından 30-40 nisbətində bahadır”.
Rusiya Prezidenti Vladimir Putin isə bildirib ki, Avropa istehlakçılarına təbii qazın çatdırılmasında Rusiya boru kəməri sistemlərinə rəqib yoxdur.
2017-ci ildə Rusiya Avropa İttifaqının təbii qaz üzrə ən vacib təchizatçısı olub və qitənin tələbatının 43 faizini təmin edib.