XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

28 May 2018 - 18:56

Millətçilər Almaniyada Merkel əleyhinə etiraz aksiyası keçirib –FOTO

 

Millətçi Almaniya üçün Alternativ Partiyasının (AfD) tərəfdarları bazar günü Berlinin mərkəzində kansler Angela Merkel höküməti əleyhinə yürüş keçirib. Polis onları əks-nümayişçilərdən mühafizə edib.

Rəsmilər deyir ki, miqrasiya əleyhinə olan AfD-nin təşkil etdiyi nümayişdə 5 min insan iştirak edib.

İfrat sağçılar əleyhinə təşkil olunan əks etirazlara isə ümumilikdə 25 mindən çox insan cəlb olunub.

AfD-nin nümayiş aksiyası Berlinin mərkəzi qatar stansiyasında başlayıb. Etirazçılar Almaniya bayrağı və üzərində “Almaniyada İslama Yox” və “Merkel Getməlidir” sözləri yazılan plakatlar nümayiş etdirib. Partiya tərəfdarları daha sonra Brandenbruq qapısına doğru yürüyüb. Brandenburq qapısının digər tərəfində toplaşan partiya əleyhdarları isə “Nasistlər getməlidir” şüarını səsləndirib.

Nümayişdə hər hansı qarşıdurmanın qarşısını almaq üçün təxminən 2 min polis zabiti nizamı qoruyub. (Amerikanın Səsi)