Paraqvay prezidenti Orasio Kortes bazar ertəsi günü Milli konqresin sədri adına istefa ərizəsi verib.
Kortes senator olmaq üçün bu addımı atdığını sosial şəbəkədə yazıb.
“Mən Paraqvay Respublikasının prezidenti vəzifəsindən istefa edirəm. Ölkəmə xidmət etməyi senatda davam edəcəm. Mən xalqın səsvermə zamanı ifadə etdiyi istəyi yerinə yetirirəm. Tanrı Paraqvayı gorusun” – Kortes öz Twitter microblogunda yazıb.
Kortes, 2013-ci ilin avqust ayından Paraqvayın prezidenti vəzifəsini tuturdu. Cari ilin avqust ayında o prezident kürsüsünü istənilən halda tərk edəcəkdi. Xatırladaq ki, aprel ayında səsvermə zamanı yeni prezident hakim partiyadan olan Mario Abdo Benites seçilmişdi. Abdo 1954-1989-cu illərdə ölkəni idarə edən Paraqvayın sonuncu diktatoru Alfredo Stesnerin oğludur. Yeni prezident avqustun 15-i vəzifəsinin icrasına başlayacaq.
Qanuna əsasən, Kortesin istefasından sonra parlamentin təsdiq edəcəyi təqdirdə avqusta qədər prezident səlahiyyətlərini ölkənin hazırki vitse-prezidenti Alisiya Puçeta icra edəcək.