XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 May 2018 - 17:57

Ərdoğan yeni strateji layihədən danışdı:"Gəmilərin hərəkəti üçün İstanbul kanalı tikiləcək"

Gəmilərin hərəkəti üçün nəzərdə tutulan İstanbul kanalının tikintisi strateji layihədir.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Dövlət başçısı qeyd edib ki, bu, oxşar layihələrlə uğurla rəqabət aparacaq mühüm gəmiçilik layihələrindən biridir:

“Türkiyə əvvəllər olduğu kimi, gələcəkdə də dünya əhəmiyyətli layihələr həyata keçirəcək”.

R.T.Ərdoğan bildirib ki, hakim Ədalət və İnkişaf Partiyası İstanbulun, həmçinin Türkiyənin bütün iri şəhərlərinin inkişafına xüsusi diqqət ayırır.