XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

29 May 2018 - 18:05

Rusiya Olimpiya Komitəsinə yeni prezident seçilib

Rusiya Olimpiya Komitəsinə (OKR) yeni prezident seçilib.

“Report”un məlumatına görə, bu, qılıncoynatma üzrə 4 qat olimpiya çempionu Stanislav Pozdnyakovdur. Pozdnyakov səslərin 214-ünü (78,7 faiz) qazanıb. O, üzgüçülük üzrə 4 qat olimpiya çempionu Aleksandr Popovu üstələyib. Popov 56 səs (20,6 faiz) səs toplayıb.

44 yaşlı Pozdnyakov 2016-cı ildən OKR-in I vitse-prezidenti idi. O, qurumun prezidenti postunda növbəti 4 il müddətində çalışacaq.

Qeyd edək ki, Stanislav Pozdnyakov həm də qılıncoynatmanın sablya növü üzrə 10 qat dünya, 13 qat Avropa çempionu, Dünya Kubokunun 5 qat qalibi, SSRİ və Rusiyanın əməkdar idman ustasıdır. O, idmançı karyerasını başa vurduqdan sonra Rusiya Qılıncoynatma Federasiyasında məşqçi və funksioner kimi çalışıb.