XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

20 Aprel 2015 - 08:46

Aprelin 24-də Putin İrəvana, Narışkin isə Türkiyəyə GEDİR

putin feysbuk.jpg

Rusiya prezidenti Vladimir Putin uydurma “erməni soyqırımı”nın 100-cü ildönümünə həsr olunan tədbirlərdə iştirak etmək üçün aprelin 24-də Ermənistana səfər edəcək.

Strateq.az APA-ya istinadən bildirir ki, Kremlin mətbuat xidmətinin verdiyi məlumata görə, səfər Ermənistan prezidenti Serj Sarkisyanın dəvəti əsasında həyata keçiriləcək.

“Səfər çərçivəsində Rusiya və Ermənistan prezidentlərinin görüşü nəzərdə tutulub. Görüşdə prezidentlər iki ölkə arasında gündəmdə olan məsələləri, regional və beynəlxalq mövzuları müzakirə edəcəklər”, – deyə Kremlin mətbuat xidmətinin məlumatında bildirilib.

Qeyd edək ki, aprelin 24-də Türkiyədə çanaqqala zəfərinin 100-cü ildönümünə həsr olunan təntənəli tədbir keçiriləcək. Rusiyanı həmin tədbirdə Dövlət Dumasının sədri Sergey Narışkin təmsil edəcək.