XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 May 2018 - 17:31

Münbiçin PKK-dan təmizlənməsi plan açıqlanıb

ABŞ-la Türkiyə terrorçu PKK/YPG-PYD qruplaşmasının işğal etdiyi Fərat çayının qərbindən, Suriyanın Münbiç bölgəsindən çıxmasına dair texniki razılaşma əldə edilib.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ-ın dövlət katibi Maykl Pompeo arasında iyunun 4-də Vaşinqtonda keçiriləcək görüşdən sonra razılaşma elan olunacaq.

Razılaşma üç mərhələdən ibarətdir. Birinci mərhələdə, iyunun 4-də tərəflər razılaşma sənədi imzalanan vaxtdan başlayaraq 30 gün içində PKK/YPG-PYD terrorçuları Münbiçi tərk edəcək. İkinci və üçüncü mərhələdə, 4 iyun razılaşmasından sonra, 45-ci günün sonunda Türkiyə və ABŞ hərbçiləri, kəşfiyyatçılar həmin ərazini araşdırmağa başlayacaq. İyunun 4-dən sonrakı 60 gün ərzində Münbiçdə yerli sakinlərdən ibarət idarəetmə orqanı formalaşdırılacaq.

Qeyd edək ki, Münbiç Suriyanın Hələb əyalətinə aiddir. PKK/YPG-PYD 2016-cı ildə ərazini ABŞ-ın dəstəyi ilə İŞİD-dən təmizləyərək işğal edib. Münbiç əhalisinin 90 faizinin ərəb olduğu bildirilir.