XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 May 2018 - 20:03

“Taliban” Əfqanıstanın Tacikistanla sərhədindəki rayonu ələ keçirib

Əfqanıstanın şimal-şərqində Tahar vilayətinin Tacikistanla sərhədində yerləşən Daşti-Qala rayonu “Taliban” hərəkatının nəzarətinə keçib.

Azərtac Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, “Taliban”ın hücumu yerli vaxtla bu gün səhər saat 6:00-da başlayıb. Rayonun administrativ mərkəzində gedən döyüşlər nəticəsində 5 hərbçi həlak olub, 4 nəfər isə yaralanıb, həmçinin yerli könüllü dəstələrinin 10 döyüşçüsü əsir götürülüb. Taliblər ələ keçirdikləri dövlət müəssisələri binalarına od vurublar.

Tahar vilayət polis idarəsinin mətbuat-xidmətinin rəisi Xəlil Asirin sözlərinə görə, yerli sakinlərin əksəriyyəti döyüş gedən əraziləri tərk edib.

Qeyd edək ki, 2014-cü ildə ABŞ hərbi kontingenti Əfqanıstanı tərk etdikdən sonra ölkənin cənub rayonlarının bir çoxu “Taliban” hərəkatının nəzarətinə keçib. Son zamanlar bəzi kənd rayonlarında üstünlüyə yiyələnən yaraqlılar böyük şəhərlər istiqamətində də hücumlarını davam etdirir. Həmçinin regionda İŞİD qruplaşması da aktiv fəaliyyət göstərir.