XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 May 2018 - 09:54

Kim Çen Inın “sağ əli” 18 ildən sonra ilk dəfə ABŞ-a gəlib –  Dövlət katibi ilə görüşüb

 

Nyu-Yorkda ABŞ dövlət katibi Mayk Pompeo və Koreya Xalq-Demokratik Respublikası Əmək Partiyasının sədr müavini Kim Yon Çxol arasında görüş keçirilib.

APA-nın məlumatına görə, bu barədə “Yonhap” agentliyi xəbər verib. Manhettendə baş tutan görüşün detalları hələ ki, açıqlanmır. KXDR lideri Kim Çen Inın “sağ əli” hesab edilən Kim Yon Çxol 2000-ci ildən etibarən ABŞ-a səfər edən ən yüksək rütbəli Pxenyan rəsmisidir.

Xatırladaq ki, iyunun 12-də Sinqapurda ABŞ prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In arasında görüşün keçiriləcəyi gözlənilir.