XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

31 May 2018 - 19:42

Danimarkada pərəncə və niqaba qadağa qoyan qanun layihəsi qəbul edilib- Səs çoxluğu ilə

Danimarka parlamenti pərəncə və niqab geyməyə qadağa qoyan qanun layihəsini səs çoxluğu ilə qəbul edib.

Azərtac Danimarka KİV-lərinə istinadla xəbər verir ki, yeni qadağa avqustun 1-dən qüvvəyə minəcək və yalnız üzü tam örtən geyim növlərinə aid ediləcək.

Qanunu birinci dəfə pozanları 1000 Danimarka kronu (təxminən 134 avro), təkrar pozanları isə 10000 kron (1300 avro) məbləğində cərimə gözləyir. Bu həftə Danimarka Xalq Partiyası parlamentə dəfələrlə qanunu pozan şəxslərə həbs cəzası nəzərdə tutan layihə də təqdim etmişdi. Lakin partiya tərəfindən təklif olunan sərt cəza geniş dəstəyini tapmayıb.

Ədliyyə naziri Seren Pape Poulsen bundan əvvəl bildirib ki, Danimarka polisi qadınların üzündən örtüyü zorla çıxarmayacaq. O deyib: “Mən istəmirəm polislər pərəncə və ya başqa geyim əşyasını insanların əynindən çıxarsınlar. Bu hal baş verməyəcək”.

Qeyd edək ki, Danimarka parlamenti bu qadağanın qoyulması məsələsini ilk dəfə 2009-cu ildə qaldırıb. KİV-lər qeyd edir ki, hazırda Danimarkada, faktiki olaraq, pərəncə və ya niqab geyənlərin sayı dəqiq məlum deyil. Ən son hesablamalar 2010-cu ildə aparılıb. O vaxt hökumətin hesabatında onların sayının 150-dən 200-dək olduğu, əksəriyyətinin də pərəncə deyil, niqab geydiyi təsdiqlənib.