XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 May 2018 - 20:36

Yaponiyaya azı 500 min xarici işçi gətiriləcək- 2025-ci ilədək

Yaponiya 2025-ci ilə qədər ən azı 500 min xarici işçi cəlb edəcək.

Azərtac Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, Yaponiya hökuməti, əsasən kənd təsərrüfatı və inşaat sahəsində işçi qüvvəsi çatışmazlığı səbəbindən 2025-ci ilədək ölkəyə azı 500 min xarici işçinin cəlb edilməsinə qərar verib.

Yaponiyanın Baş naziri Sinzo Abenin yeni iqtisadi siyasətində yer alacağı gözlənilən qərar payız aylarında parlamentə təqdim olunacaq. Qərara əsasən, kənd təsərrüfatı, inşaat, səhiyyə və gəmiqayırma kimi sahələrdə fəaliyyət göstərəcək işçilər beş ilə qədər ölkədə qala bilsələr də, ailələrini yanlarına gətirə bilməyəcəklər.

Qeyd edək ki, 2008-ci ildə Yaponiyada 480 min xarici işçi qeydiyyatdan keçdiyi halda, 2017-ci ildə bu göstərici 1,2 milyon nəfərə çatıb.